Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan və Ermənistan arasında danışıqların təşviqi üçün ölkəsinin daha fəal rol oynamağa hazır olduğunu bəyan edib. APA xəbər verir ki, İrakli Kobaxidze bu barədə jurnalistlərə açıqlama verib.
Baş nazir bildirib ki, Gürcüstan, Azərbaycan və Gürcüstan arasındakı möhkəm dostluq münasibətləri ilə qürur duyur. Əgər Azərbaycan və Ermənistan arasındakı danışıqlarda Gürcüstanın daha fəal rolu tələb olunarsa, buna hazırdırlar. Lakin, onun sözlərinə görə, bu, tərəfdaş ölkələrlə aparılacaq məsləhətləşmələrdən asılıdır.












































