Azərbaycan və Almaniya “yaşıl” hidrogen təşəbbüslərini müzakirə ediblər

Azərbaycan və Almaniya “yaşıl” hidrogen təşəbbüslərini müzakirə ediblər

Azərbaycan və Almaniya arasında enerji və iqtisadi əməkdaşlıq: COP29 çərçivəsində görüş keçirildi

COP29 iqlim konfransı çərçivəsində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və energetika naziri Pərviz Şahbazov Almaniyanın vitse-kansleri, iqtisadiyyat və iqlimin mühafizəsi naziri Robert Habek ilə görüş keçirib.

Mikayıl Cabbarov bu barədə “X” sosial şəbəkəsində paylaşım edib. Görüş zamanı tərəflər iki ölkə arasında iqtisadi əlaqələrin mövcud vəziyyətini, Azərbaycanın qlobal enerji təhlükəsizliyindəki rolunu, bərpa olunan enerji layihələri və dayanıqlı həll yollarına keçidi müzakirə ediblər. Bundan əlavə, “yaşıl” hidrogen təşəbbüsləri də diqqət mərkəzində olub.