Azərbaycan Çində keçiriləcək beynəlxalq turizm sərgisində iştirak edəcək

Azərbaycan Çində keçiriləcək beynəlxalq turizm sərgisində iştirak edəcək

Azərbaycan “ITB China 2025” beynəlxalq turizm sərgisində iştirak edəcək

Azərbaycan 2025-ci ilin 27-29 may tarixlərində Çinin Şanxay şəhərində keçiriləcək nüfuzlu “ITB China 2025” beynəlxalq turizm sərgisində təmsil olunacaq. Bu barədə “Report” məlumat yayıb.

Dövlət Turizm Agentliyi sərgidə iştirakla bağlı hazırlıqlara artıq start verib. “ITB China” – Çin turizm bazarına yönəlmiş aparıcı beynəlxalq sərgilərdən biri olaraq, dünya üzrə turizm istiqamətlərini, xidmət təminatçılarını və çinli alıcıları bir araya gətirir. Sərgi çərçivəsində biznes əlaqələrinin qurulması, yeni səyahət trendlərinin öyrənilməsi və turizm sahəsində innovativ təkliflərin nümayişi üçün geniş imkanlar təqdim olunur.

Azərbaycanın bu mühüm tədbirdə iştirakı ölkəmizin qlobal turizm bazarında tanıdılması, Çin bazarına çıxışı genişləndirməsi və çinli turistlərin cəlb edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, sərgi alıcılar və sərgi iştirakçıları üçün şəbəkələşmə, fikir mübadiləsi və əməkdaşlıq imkanlarını artırmaqla yanaşı, Çin turistlərinin dəyişən maraqlarını və davranışlarını anlamaq üçün ideal platformadır.

“ITB China 2025” Azərbaycanın turizm imkanlarının tanıdılması və beynəlxalq əlaqələrin möhkəmləndirilməsi üçün əhəmiyyətli bir addımdır.