Avropa Liderləri Trampın Ticarət Təhdidlərindən Narahatdır
Avropa liderləri ABŞ Prezidenti Donald Trampın Avropa İttifaqından (Aİ) olan mallara rüsumları artırmaq təhdidindən narahatdır.
“Reuters”ə istinadən bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallas açıqlama verib.
O bildirib ki, bu addım Atlantikanın hər iki tərəfində iqtisadi zərərlə nəticələnəcək və potensial ticarət müharibəsinə səbəb ola bilər.
K.Kallasın sözlərinə görə, ABŞ və Avropa İttifaqı arasında belə bir münaqişə yalnız Çinin xeyrinə olacaq:
“Biz bir-birimizə çox bağlıyıq. ABŞ bizə ehtiyac duyduğu kimi, biz də ona ehtiyac duyuruq”, – o, Brüsseldə Aİ liderlərinin qeyri-rəsmi görüşü öncəsi vurğulayıb.












































