Almaniyada yüngül motorlu təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb

Almaniyada yüngül motorlu təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb

Almaniyada yüngül motorlu təyyarə qəzaya uğrayıb – Ölənlər var


Almaniyanın qərbində yerləşən Korşenbroyh yaşayış məntəqəsində (Şimali Reyn-Vestfaliya federal torpağı) yüngül motorlu idman təyyarəsinin qəzaya uğraması nəticəsində azı iki nəfər həlak olub.

Hadisə nəticəsində təyyarə yaşayış evinin üzərinə düşübevdə güclü yanğın baş verib. Qəza barədə ilk olaraq “NTV” telekanalı, daha sonra isə “Bild” qəzeti məlumat yayıb.

Pilot texniki nasazlıq barədə məlumat verib

“Bild” nəşrinin yazdığına görə, qəza baş verməzdən əvvəl təyyarənin pilotu mühərriklə bağlı texniki nasazlıq haqqında məlumat verib. Hadisə zamanı təyyarə Mönhenqladbax şəhərinə istiqamət almışdı.

Qəzanın səbəbi araşdırılır

Hazırda qəzanın dəqiq səbəbləri müəyyənləşdirilməyib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb. Almaniya mülki aviasiya orqanları və fövqəladə xidmətlər hadisə yerində işləyir.