İran Prezidenti Xankəndiyə səfər edəcək

İran Prezidenti Xankəndiyə səfər edəcək

İran Prezidenti Məsud Pezeşkian Azərbaycana Səfər Edəcək – Xankəndidə ECO Zirvə Görüşü

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian 2025-ci ilin iyul ayında Azərbaycana rəsmi səfər edəcək. Dövlət başçısının iyulun 3-4-də Xankəndidə keçirilməsi planlaşdırılan İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin XVII Zirvə görüşündə iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, bir neçə gün öncə Azərbaycan Prezidenti İlham Əliyev iranlı həmkarı Məsud Pezeşkianı ölkəmizdə keçiriləcək bu önəmli ECO Sammitinə dəvət edib. Sammit çərçivəsində regional əməkdaşlığın gücləndirilməsi, iqtisadi inteqrasiya və strateji layihələrin müzakirəsi gözlənilir.