Rusiya İrandan vətəndaşlarının təxliyəsində göstərdiyi köməyə görə Bakıya minnətdarlıq edib

Rusiya İrandan vətəndaşlarının təxliyəsində göstərdiyi köməyə görə Bakıya minnətdarlıq edib

Rusiya Azərbaycana İrandan vətəndaşlarının təhlükəsiz təxliyəsində göstərdiyi dəstəyə görə təşəkkür edib. Təxliyə prosesi Azərbaycanla sərhəddə həyata keçirilir.


Rusiya Federasiyası, vətəndaşlarının İrandan təhlükəsiz təxliyəsinin təmin edilməsində göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib. Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib. Onun sözlərinə görə, hazırda Tehranda olan rusiyalıların təxliyəsi üçün zəruri imkanlar yaradılıb və bu proses Azərbaycanla sərhəddə yerləşən nəzarət-buraxılış məntəqəsi vasitəsilə həyata keçirilir. Peskov, Azərbaycanın bu təxliyə prosesində göstərdiyi maksimum əlverişli şəraitə görə minnətdarlığını ifadə edib.

“Tehranda olan bütün vətəndaşlarımızın təxliyə imkanı təmin edilir. Təxliyə Azərbaycanla sərhəddəki nəzarət-buraxılış məntəqəsinə həyata keçirilir. Azərbaycanlı dostlarımız da maksimum əlverişli şərait yaradırlar. Buna görə onlara çox minnətdarıq”, – deyə Kreml nümayəndəsi bildirib.

Peskov əlavə edib ki, İrandan Rusiya vətəndaşlarının çıxarılması üzrə işlər fasiləsiz olaraq 24 saat rejimində davam etdirilir. Bu humanitar dəstək iki ölkə arasında əməkdaşlığın və mehriban qonşuluq münasibətlərinin nümunəsi kimi qiymətləndirilir.