ABŞ Rusiyaya qarşı yeni sərt sanksiyalar tətbiq etməyə hazırlaşır
ABŞ Konqresi və Prezident Donald Tramp tərəfindən təsdiqlənəcəyi təqdirdə, Rusiyaya qarşı daha sərt sanksiyaların, o cümlədən üçüncü ölkələrə qarşı məhdudiyyətlərin tətbiqi mümkün olacaq. Bu barədə ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq “Fox News” telekanalına açıqlamasında bildirib.
Kelloq bildirib:
“Senator Lindsi Qrem ilə keçən həftə danışdım və inanıram ki, onlar hazırdırlar. Sanksiyalar tətbiq olunmağa hazırdır. Bu qanun layihəsi “2025-ci il Rusiya əleyhinə sanksiyalar qanunu” adlanır və kifayət qədər sərtdir“ – deyə xüsusi nümayəndə vurğulayıb.
O, yeni sanksiyaların əsas hədəfinin Rusiya neft məhsullarının ixracı olduğunu qeyd edib. Məqsəd, Rusiyanın enerji sektoruna iqtisadi təzyiqi artırmaq və onun maliyyə mənbələrini məhdudlaşdırmaqdır.












































