Cənubi Koreyada təyyarə qəzaya uğrayıb, iki nəfər həlak olub – YENİLƏNİB

Cənubi Koreyada təyyarə qəzaya uğrayıb, iki nəfər həlak olub – YENİLƏNİB

Cənubi Koreyada “P-3 Orion” patrul tipli hərbi təyyarə qəzaya uğrayıb.

Cənubi Koreya Hərbi Dəniz Qüvvələrinə məxsus təyyarə ölkənin cənub-şərqində yerləşən Pxoxan şəhərində dağa çırpılıb.

Qəza nəticəsində:

  • Təyyarənin göyərtəsində 4 nəfər olub

  • 2 nəfərin meyiti tapılıb

  • Digər 2 nəfərin taleyi hələlik naməlumdur

Qəza yerli vaxtla saat 13:52-də baş verib. Hadisə baş verdikdən sonra ilkin olaraq kiçik mülki təyyarənin qəzaya uğradığı bildirilsə də, sonradan məlum olub ki, bu “P-3 Orion” hərbi patrul təyyarəsidir.

Hazırda hadisə yerində axtarış-xilasetmə və araşdırma tədbirləri davam etdirilir. Təyyarənin qəzaya uğramasının səbəbləri araşdırılır.