Ermənistan və Fransa XİN başçıları İrəvanda danışıqlar aparıblar

Ermənistan və Fransa XİN başçıları İrəvanda danışıqlar aparıblar

Ermənistan və Fransa xarici işlər nazirləri arasında qapalı görüş keçirilib

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Fransanın xarici işlər naziri Jan-Noel Barro arasında təkbətək görüş keçirilib.

Bu barədə məlumatı Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ani Badalyan ölkə mətbuatına açıqlayıb. Onun sözlərinə görə, görüş XİN rəhbərləri arasında qapalı məsləhətləşmələr formatında baş tutub.

Qeyd edək ki, Fransanın xarici işlər naziri Jan-Noel Barro Ermənistana rəsmi səfər edir. Bu səfər çərçivəsində iki ölkə arasında siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsi məsələlərinin müzakirə olunacağı gözlənilir.

Fransa-Ermənistan münasibətləri son dövrlərdə daha da aktivləşib və bu səfər tərəflər arasında strateji dialoqun dərinləşməsi baxımından mühüm əhəmiyyət kəsb edir.