Rusiya və Ukrayna yaxın günlərdə irimiqyaslı əsir mübadiləsi həyata keçirməyə hazırlaşır. Tərəflər artıq “1000-in 1000-ə” prinsipi ilə razılaşmaya gəliblər. Bu barədə ABŞ-ın keçmiş Prezidenti Donald Tramp “Truth Social” platformasında məlumat verib.
Tramp paylaşımında bildirib: “Rusiya və Ukrayna indicə əsir mübadiləsi barədə razılaşıb. Bu, tezliklə baş verəcək. Danışıqlarla əlaqədar hər iki tərəfi təbrik edirəm. Bu, daha böyük bir şeyə səbəb ola bilərmi?”
Əsir mübadiləsi ilə bağlı əlavə məlumatı Ukraynanın müdafiə naziri Rüstəm Umеrov verib. O, İstanbulda Rusiya ilə aparılan danışıqlardan sonra razılığın əldə edildiyini açıqlayıb. Umеrovun sözlərinə görə, bu addım qarşılıqlı etimadın formalaşmasında və gələcək sülh təşəbbüslərində əhəmiyyətli rol oynaya bilər.












































