Polşada keçirilən prezident seçkilərinin ilkin nəticələrinə əsasən, hakim Vətəndaş Koalisiyasının namizədi Rafal Tşaskovski 31,36 %, müxalifətdə olan “
və Ədalət” partiyasından namizəd Karol Navrotski isə 29,54 % səs toplayaraq ikinci tura vəsiqə qazanıblar. Bu barədə Polşa KİV-i TASS-a istinadən məlumat yayıb.
Səsvermənin rəsmi nəticələri hələ Polşa Dövlət Seçki Komissiyası tərəfindən təsdiqlənməyib. Komissiya sədrinin yaxın saatlarda rəsmi nəticələri mətbuat konfransında açıqlayacağı gözlənilir.
Qeyd edək ki, mayın 18-də keçirilən seçkilərdə iştirak səviyyəsi 67,3 % olmaqla 1990-cı ildən bəri ən yüksək göstərici kimi qeydə alınıb. Prezident seçkilərinin ikinci turunun iyunun 1-də keçirilməsi planlaşdırılır.












































