Böyük Britaniya və ABŞ ticarət razılaşmasına yaxınlaşır – Tariflərin yumşaldılması gündəmdə
Böyük Britaniya və ABŞ, Birləşmiş Krallığın avtomobil və polad ixracına tətbiq edilən kvotaları azaltmaqla Donald Tramp dövründə qoyulan tariflərin təsirini yumşaltmağa yönəlmiş ticarət razılaşmasına yaxınlaşır.
Bu barədə məlumatı “Financial Times” nəşri London və Vaşinqtondakı mənbələrə istinadən yayıb.
Məlumata görə, Böyük Britaniyanın təklifləri sırasında rəqəmsal xidmətlər vergisində ABŞ-yə güzəştlər, Amerikaya avtomobil ixracı və kənd təsərrüfatı məhsulları üçün aşağı tariflər də yer alır.
Mənbələrin sözlərinə görə, danışıqlar sürətlənmiş templə davam edir, lakin dərman vasitələri sahəsində fikir ayrılıqları hələ də qalmaqdadır.
Həmçinin, Britaniya hökuməti ABŞ-nin qida standartları, o cümlədən xlorla yuyulan toyuq və hormonla müalicə edilən mal əti kimi məhsulları qəbul etməyəcəyini bildirib.
Bu razılaşma, ABŞ-Böyük Britaniya arasında post-Brexit dövründə iqtisadi əməkdaşlığın gücləndirilməsi baxımından mühüm addım hesab olunur.












































