İlham Əliyev: Azərbaycandan daha çox sayda tələbənin Çinə gəlməsi üçün böyük imkan var

İlham Əliyev: Azərbaycandan daha çox sayda tələbənin Çinə gəlməsi üçün böyük imkan var

Prezident İlham Əliyev: “Azərbaycandan Çinə Daha Çox Tələbənin Getməsi Üçün Böyük İmkanlar Var”

Azərbaycan Prezidenti İlham Əliyev Pekində CGTN (China Global Television Network) telekanalına verdiyi müsahibə zamanı Azərbaycandan Çinə daha çox tələbənin gəlməsi üçün böyük imkanların olduğunu bildirib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycanda Çin-Azərbaycan Universitetinin yaradılması ideyası üzərində düşünülür və bu imkan hazırda dəyərləndirilmə mərhələsindədir. Prezident İlham Əliyev vurğulayıb ki, insanların bir-birinin ölkəsinə səyahət etməsi, mədəniyyətləri daha yaxından tanıması xalqlar arasında əlaqələri gücləndirir.

“Biz siyasi qərarlar qəbul edirik, strateji tərəfdaşlarıq, liderlər və hökumətlər olaraq dostuq. Lakin xalqlarımızın da yaxınlaşmasına və dost olmasına ehtiyacımız var”, – deyə İlham Əliyev əlavə edib.