Azərbaycan, Türkiyə və Qazaxıstanın birgə peyki türk dövlətlərinin kosmik sahədə əməkdaşlığının flaqmanı ola bilər

Azərbaycan, Türkiyə və Qazaxıstanın birgə peyki türk dövlətlərinin kosmik sahədə əməkdaşlığının flaqmanı ola bilər

Azərbaycan, Türkiyə və Qazaxıstanın birgə kub peyk layihəsi Türk Dövlətləri Təşkilatının diqqət mərkəzindədir

Açar sözlər: kub peyk, CubeSat layihəsi, Azərbaycan kosmik texnologiya, TDT kosmik əməkdaşlıq, Türk Dövlətləri Təşkilatı, Azərbaycan peyk layihəsi, TDT CubeSat, kosmosda türk birliyi

Azərbaycan, Türkiyə və Qazaxıstanın birgə təşəbbüsü olan kub peyk (CubeSat) layihəsi Türk Dövlətləri Təşkilatının (TDT) kosmos sahəsindəki əməkdaşlığının flaqman təşəbbüsünə çevrilir. TDT-nin baş katibi Kubanıçbek Omuraliyev bu barədə Bakıda keçirilən TDT ölkələrinin kosmik agentliklərinin 4-cü görüşündə məlumat verib.

Onun sözlərinə görə, birgə CubeSat peyki layihəsi TDT çərçivəsində kosmos sahəsində dərin əməkdaşlığın əsas istiqamətinə çevrilib və layihə davamlı şəkildə inkişaf etdirilir. Təşəbbüs ilk dəfə təqdim olunandan bu günədək dörd beynəlxalq və onlayn formatda işçi görüş təşkil olunub və 2024-cü ilin iyulunda Astanada keçirilən beşinci görüşdə layihənin növbəti mərhələlər üzrə ümumi yol xəritəsi qəbul edilib.

Layihənin texniki idarəsi üçün Rəhbər Komitə formalaşdırılıb – bu komitədə hər üzv və müşahidəçi dövlətdən iki texniki ekspert və bir texniki menecer təmsil olunur. Bu struktur koordiasiyalı texniki əməkdaşlıqpeykin inkişaf mərhələlərinin izlənməsi baxımından vacib rol oynayır.

K. Omuraliyev qeyd edib ki, bu layihə gələcəkdə TDT-nin digər üzv və müşahidəçi ölkələrində də böyük maraq doğura bilər. Hal-hazırda əsas iştirakçı ölkələr – Azərbaycan, Türkiyə və Qazaxıstan – üzərində işlədikləri bu texnoloji layihə ilə bütün türk dünyasının kosmos sahəsində birliyinə və güclənməsinə töhfə verməyi hədəfləyirlər.