Yaponiya xilasedici helikopterin qəzasında üç nəfərin öldüyünü təsdiqləyib

Yaponiya xilasedici helikopterin qəzasında üç nəfərin öldüyünü təsdiqləyib

Yaponiyada xilasedici helikopter qəzaya uğradı – 3 nəfər həyatını itirdi

Bazar günü, Yaponiyanın Tsuşima adası yaxınlığında, Yapon dənizi üzərində uçuş həyata keçirən xilasedici helikopter qəzaya uğrayıb. Hadisə nəticəsində üç nəfər ölüb, daha üç ekipaj üzvü ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Həlak olanlar arasında 86 yaşlı xəstə də var

“Report”un Yaponiyanın İctimai Televiziyası NHK-ya istinadla verdiyi məlumata görə, qəza nəticəsində Fukuoka prefekturasına aparılan 86 yaşlı xəstə, onun qohumuhəkimlərdən biri həyatını itirib. Helikopterdə olan digər üç ekipaj üzvü isə huşsuz halda tapılıb və dərhal xəstəxanaya yerləşdirilib.

Helikopter hava limanına çatmamış yoxa çıxıb

Hadisə zamanı helikopter, planlaşdırılan eniş yerindən 10 km aralıda olarkən onunla əlaqə qəfil kəsilib. Qəzanın səbəbi hələlik müəyyən edilməyibaraşdırma davam edir.