Avropa İttifaqı Ukrayna ilə bağlı mümkün sülh sazişində iştirak etməli olacaq. Səbəb ondan ibarətdir ki, Rusiya bu saziş çərçivəsində Aİ tərəfindən tətbiq edilmiş sanksiyaların yumşaldılmasını tələb edə bilər. Bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, amerikalı rəsmilər avropalı həmkarlarına bildirib ki, Aİ bu prosesdən kənarda qala bilməz. Vaşinqtonun əsas prioriteti hazırda hərbi əməliyyatların dayandırılmasıdır. Sonrakı mərhələdə isə Ukraynaya təhlükəsizlik zəmanətləri kimi digər məsələlərin müzakirəsi nəzərdə tutulur.
ABŞ dövlət katibi Marko Rubio isə bildirib ki, Avropanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar və dondurulmuş aktivlərlə bağlı məsələlər danışıqların gündəmində olacaq.












































