Azərbaycan prezidenti Türkiyə prezidentinə zəng edib

Azərbaycan prezidenti Türkiyə prezidentinə zəng edib

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

Prezident İlham Əliyev Türkiyənin Bolu vilayətində Kartalkaya xizək mərkəzinin mehmanxanasında baş vermiş yanğın nəticəsində çoxlu sayda insanın həlak olması ilə əlaqədar dərin hüznlə başsağlığı ifadə edib. O, faciədə həlak olanların ruhuna rəhmət, yaralananlara isə tezliklə sağalmağı arzulayıb.

Prezident Əliyev bildirib ki, yanvarın 21-də bu faciə ilə əlaqədar Türkiyə Prezidentinə başsağlığı məktubu göndərib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan göstərilən diqqətə və başsağlığına görə təşəkkür edib. O, Türkiyə ilə Azərbaycanın hər zaman bir-birinə yaxın olduğunu və bu qardaşlıq münasibətlərinin gələcəkdə də davam edəcəyini vurğulayıb.

Telefon danışığı zamanı Prezidentlər iki ölkə arasındakı ikitərəfli münasibətlərin müxtəlif sahələrinə dair fikir mübadiləsi aparıblar.