HƏMAS üzvləri Türkiyədə olsalar…

HƏMAS üzvləri Türkiyədə olsalar…

ABŞ-ın HƏMAS üzvlərinin Türkiyədən ekstradisiyasına çağırışı

ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller, HƏMAS rəhbərliyinin bəzi üzvlərinin Türkiyədə olması ilə bağlı yayılan xəbərlərə cavab olaraq, onların ekstradisiya edilməsində israrlı olduqlarını bildirib.

Metyu Millerin sözlərinə görə, HƏMAS rəhbərlərinin ABŞ-a qarşı ittihamlarla üzləşdiyini və amerikalıların öldürülməsi və girov götürülməsi kimi cinayətlərdə ittiham olunduğunu vurğulayıb. O, HƏMAS-ı “qəddar terror təşkilatı” adlandıraraq, rəhbərlərinin heç bir ölkədə təhlükəsiz yaşamamalı olduğunu qeyd edib.

Son günlər yayılan məlumatlara əsasən, HƏMAS-ın yüksək vəzifəli şəxsləri Dohanı tərk edərək Türkiyəyə keçib. Türkiyə Xarici İşlər Nazirliyi isə bu məlumatları rədd edib.