Macarıstan millisinin futbolçusu Attila Salayın “Fənərbaxça”ya transferi reallaşıb.
Birmillet.az saytı bildirir ki, Apasport.az saytının məlumatına görə, Türkiyə klubu Limassol “Apollon”undan alınan 22 yaşlı oyunçu ilə münasibətləri rəsmiləşdirib.
22 yaşlı mərkəz müdafiəçisi tibbi müayinədən keçdikdən sonra “sarı-lacivərdli” formanı geyinib. O, yeni komandası ilə 4,5 illik müqaviləyə qol çəkib.
Qeyd edək ki, “Fənərbaxça”nın digər yeni transferi Məsut Özil də Türkiyəyə yola düşüb.












































