Türkiyə Super Liqasında XV tur davam edir.
Birmillet.az saytı Apasport.az-a istinadən verdiyi xəbərə görə, ikinci oyun günündə 4 oyun keçirilib.
Günün mərkəzi qarşılaşmasında “Qaziantep”lə “Alanyaspor” qarşılaşıb. Növbəti dəfə uduzan qonaqlar liderliyi qaytarmaq şansını qaçırıb. Qazianteplilər isə rəqibinə çatıb.
Son çempion “Başakşəhər” “Kasımpaşa”nı sınağa çəkib. Qarşılaşmada qollu heç-heçə qeydə alınıb.
Autsayderlər günü səfər qələbəsi ilə başa vurub. “Ankaragücü” “Dənizlispor”a, “Ərzurum BB” “Yeni Malatyaspor”a qalib gəlib.
Qeyd edək ki, tura dekabrın 28-də yekun vurulacaq.
Türkiyə Super Liqası
XV tur
27 dekabr
“Qaziantep” – “Alanyaspor” – 3:1
Diçko, 9, Demir, 30, Maksim, 61 – Davidson, 26
“Dənizlispor” – “Ankaragücü” – 1:2
Niyaz, 80 – Cankaya, 21, Lukaşik, 45
“Yeni Malatyaspor” – “Ərzurum BB” – 1:3
Akua, 62 – Qomes, 44, Donald, 67, Obertan, 71
“Başakşəhər” – “Kasımpaşa” – 2:2
Şadli, 27, Viska, 90 – Erdoğan, 37, Hodziç, 85
| 1 | Qalatasaray | 14 | 9 | 2 | 3 | 25-10 | 29 |
| 2 | Alanyaspor | 15 | 8 | 3 | 4 | 24-12 | 27 |
| 3 | Qaziantep | 14 | 7 | 6 | 1 | 27-16 | 27 |
| 4 | Fənərbaxça | 14 | 8 | 2 | 4 | 27-20 | 26 |
| 5 | Beşiktaş | 13 | 8 | 1 | 4 | 26-19 | 25 |
| 6 | Fatih Karagümrük | 14 | 5 | 6 | 3 | 23-17 | 21 |
| 7 | Hatayspor | 13 | 6 | 3 | 4 | 14-16 | 21 |
| 8 | Yeni Malatyaspor | 14 | 5 | 5 | 4 | 18-17 | 20 |
| 9 | Trabzonspor | 15 | 5 | 5 | 5 | 16-19 | 20 |
| 10 | Göztəpə | 15 | 4 | 7 | 4 | 21-18 | 19 |
| 11 | Kasımpaşa | 15 | 5 | 4 | 6 | 18-23 | 19 |
| 12 | Konyaspor | 13 | 5 | 3 | 5 | 17-13 | 18 |
| 13 | Rizəspor | 13 | 5 | 3 | 5 | 19-21 | 18 |
| 14 | Sivasspor | 13 | 4 | 5 | 4 | 13-13 | 17 |
| 15 | Antalyaspor | 14 | 4 | 5 | 5 | 15-18 | 17 |
| 16 | Başakşəhər | 14 | 4 | 4 | 6 | 21-24 | 16 |
| 17 | Dənizlispor | 14 | 3 | 3 | 8 | 14-24 | 12 |
| 18 | Ankaragücü | 14 | 3 | 3 | 8 | 16-22 | 12 |
| 19 | Gənclərbirliyi | 13 | 3 | 3 | 7 | 11-21 | 12 |
| 20 | Ərzurum BB | 15 | 3 | 3 | 9 | 15-28 | 12 |
| 21 | Kayserispor | 13 | 2 | 4 | 7 | 7-16 | 10 |












































