Türkiyə Super Liqasında XIV tura yekun vurulub.
Birmillet.az saytı bildirir ki, Apasport.az saytının məlumatına görə, son gündə 4 oyun keçirilib.
Təhlükəli zonada qərarlaşan komandalardan “Kayserispor” öz meydanında, “Gənclərbirliyi” isə səfərdə məğlub olub. Əvəzində aktivinə 3 xal yazdıran “Sivasspor” vəziyyətini bir qədər yaxşılaşdırıb.
Çempionluğa iddialı “Beşiktaş” autsayderlərdən olan “Ankaragücü” ilə qarşılaşıb. Paytaxtda baş tutan görüşdən qalib ayrılan “ağ-qaralar” liderlər qrupuna qoşulub.
Qeyd edək ki, Super Liqada XV turun oyunları dekabrın 26-28-də keçiriləcək.
Türkiyə Super Liqası
XIV tur
24 dekabr
“Kayserispor” – “Konyaspor” – 1:2
Pedro Enrike, 45+5 (pen.) – Uğur Dəmirok, 89 (pen.), Yevtoviç, 90+8
“Sivasspor” – “Gənclərbirliyi” – 3:1
Qradel, 45+2, Hakan Arslan, 71, Yatabare, 86 – Arda Kızıldağ, 90+2
“Ankaragücü” – “Beşiktaş” – 0:1
Vida, 61
“Rizəspor” – “Antalyaspor” – 2:1
Yasin Pəhləvan, 7, Şkoda, 59 – Podolski, 61
| 1 | Alanyaspor | 14 | 8 | 3 | 3 | 23-9 | 27 |
| 2 | Qalatasaray | 13 | 8 | 2 | 3 | 23-10 | 26 |
| 3 | Fənərbaxça | 14 | 8 | 2 | 4 | 27-20 | 26 |
| 4 | Beşiktaş | 13 | 8 | 1 | 4 | 26-19 | 25 |
| 5 | Qaziantep | 13 | 6 | 6 | 1 | 24-15 | 24 |
| 6 | Hatayspor | 13 | 6 | 3 | 4 | 14-16 | 21 |
| 7 | Fatih Karagümrük | 13 | 5 | 5 | 3 | 22-16 | 20 |
| 8 | Yeni Malatyaspor | 13 | 5 | 5 | 3 | 17-14 | 20 |
| 9 | Trabzonspor | 14 | 5 | 5 | 4 | 16-17 | 20 |
| 10 | Konyaspor | 13 | 5 | 3 | 5 | 17-13 | 18 |
| 11 | Göztəpə | 14 | 4 | 6 | 4 | 20-17 | 18 |
| 12 | Rizəspor | 13 | 5 | 3 | 5 | 19-21 | 18 |
| 13 | Kasımpaşa | 14 | 5 | 3 | 6 | 16-21 | 18 |
| 14 | Sivasspor | 13 | 4 | 5 | 4 | 13-13 | 17 |
| 15 | Antalyaspor | 14 | 4 | 5 | 5 | 15-18 | 17 |
| 16 | Başakşəhər | 13 | 4 | 3 | 6 | 19-22 | 15 |
| 17 | Dənizlispor | 13 | 3 | 3 | 7 | 13-22 | 12 |
| 18 | Gənclərbirliyi | 13 | 3 | 3 | 7 | 11-21 | 12 |
| 19 | Kayserispor | 13 | 2 | 4 | 7 | 7-16 | 10 |
| 20 | Ankaragücü | 13 | 2 | 3 | 8 | 14-21 | 9 |
| 21 | Ərzurum BB | 14 | 2 | 3 | 9 | 12-27 | 9 |












































