Türkiyədə koronavirusdan ilk ölüm halı qeydə alınıb.
Birmillet.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.
Məlumatda deyilir ki, “Bu cümləni bu cəmiyyətin səhiyyə naziri olmaqdan əlavə, həm də bir həkim olaraq qururam. Koronavirusla mübarizədə bu gün ilk dəfə bir xəstəmi itirdim. 89 yaşlı xəstə virusa Çinlə əlaqəsi olan işçisindən yoluxub. İlk itkimiz olan bəyə Allahdan rəhmət diləyirəm”.
“Bu cümleyi bu toplumun Sağlık Bakanı olmak yanında bir hekim olarak da kuruyorum: Koronavirüsle mücadelemizde bugün ilk kez bir hastamı kaybettim. Kendisi 89 yaşındaydı. Virüsü, Çin temaslı bir çalışanından aldı. İLK KAYBIMIZ OLAN beyefendiye Allah’tan rahmet diliyorum.” pic.twitter.com/Y0zkghFbaI
— Dr. Fahrettin Koca (@drfahrettinkoca) March 18, 2020












































