Rusiya və Türkiyə hərbçiləri martın 15-də İdlibdə M4 avtomobil yolunun ilk patrulunu keçirəcəklər.
Birmillet.az İnterfaks agentliyinə istinadən xəbər verir ki, patrulun keçirilməsi Rusiya və Türkiyə prezidentləri arasında əldə olunan İdlibdə gərginliyin azaldılması ilə bağlı bütün razılaşmaları həyata keçirməyə imkan verəcək.
Xatırladaq ki, martın 5-də Türkiyə Prezidenti Recep Tayyib Erdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında keçirilmiş danışıqların nəticəsində İdlib bölgəsindəki atəşkəs barədə razılıq əldə edilmişdi.












































