“Türkiyə İran da daxil olmaqla 9 ölkəyə koronavirusla mübarizədə “Skype” vasitəsilə kömək edəcək”.
Birmillet.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin Səhiyyə naziri Fahrettin Koca deyib.
Nazir İran da daxil olmaqla 9 ölkənin yeni tip konavirusla mübarizədə Türkiyənin apardığı elmi araşdırmaları öyrənmək istədiklərini bildirib.
O, elmi mübadilə prosesinin bu gün başlayacağını vurğulayıb.












































