Korona virusu – Sevgilisini görmək üçün İrana getmişdi, Türkiyəyə qayıda bilmir

Korona virusu – Sevgilisini görmək üçün İrana getmişdi, Türkiyəyə qayıda bilmir

Korona virusu

Fars basketbolçu Roham Kabirlə sevgili olan Türkiyənin gənc aktrisası İlayda Akdoğan İstanbula qayıda bilmir.

Birmillet.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bir müddət əvvəl sevgilisini görmək üçün İrana gedən 21 yaşlı aktrisa karantinə alınıb. Bu barədə o, instaqram səhifəsində məlumat verib.

O, koronavirusun Tehranda ortaya çıxmasından sonra panikaya düşdüyünü, təcili İstanbula getmək üçün bilet aldığını qeyd edib. Lakin ölkədən giriş-çıxışın bağlandığını, hazırda sevgilisinin evindən kənara çıxa bilmədiyini vurğulayıb. Korona virusu