“Sputnik” İnformasiya Agentliyinin Türkiyə Bürosunun rəhbəri Mahir Boztepe sərbəst buraxılıb.
Birmillet.az “APA“nın Türkiyə bürosuna istinadən məlumat verir ki, Mahir Boztepe saxlanıldıqdan qısa müddət sonra sərbəst buraxılıb.
Qeyd edək ki, Mahir Boztepe barəsində Türkiyə Cinayət Məcəlləsinin 301 və 302-ci maddələrinə əsasən istintaq başladılıb.
***
“Sputnik” İnformasiya Agentliyinin Türkiyə Bürosunun rəhbəri Mahir Boztepe İstanbulda saxlanılıb.
Birmillet.az “APA”nın Türkiyə bürosuna istinadən məlumat verir ki, Mahir Boztepe barəsində Türkiyə Cinayət Məcəlləsinin 301 və 302-ci maddələrinə əsasən istintaq başladılıb.
Mahir B. Baş Prokurorluğun təlimatı əsasında saxlanılaraq polis idarəsinə aparılıb.
“Sputnik” əməkdaşı barəsində istintaq davam edir.












































