Türkiyə-İran sərhədində növbəti zəlzələ Naxçıvanda da hiss olundu

Türkiyə-İran sərhədində növbəti zəlzələ Naxçıvanda da hiss olundu

Naxşıvanda zəlzələ

Fevralın 23-də yerli vaxtla saat 20:00-da Naxçıvan stansiyasından 110 kilometr cənub-qərbdə – Türkiyə-İran sərhədində maqnitudası 5.9 bal olan zəlzələ baş verib.

Birmillet.azAZƏRTAC“a istinadən xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata əsasən, ocağı 3 kilometr dərinlikdə yerləşən zəlzələ Naxçıvan Muxtar Respublikasında 3-4 bala qədər hiss olunub.

Qeyd edək ki, bu, Türkiyə-İran sərhədində gün ərzində baş verən ikinci zəlzələdir. Birinci zəlzələ saat 09:52-də qeydə alınıb. Zəlzələnin maqnitudası 5.8, ocağının dərinliyi 10 kilometr olub və Naxçıvan Muxtar Respublikasında 3-4 bala qədər hiss edilib.