Almaniyanın Hanau şəhərində kafelərə edilən silahlı hücumda öldürülənlərdən 5 nəfəri Türkiyə vətəndaşıdır.
Birmillet.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Almaniyadakı səfiri Əli Kamal Aydın bildirib.
Xatırladaq ki, Almaniyanın Hanau şəhərində yerləşən iki kafeyə edilmiş silahlı hücum nəticəsində 10 nəfər ölüb. Cinayəti törədən Almaniya vətəndaşı olan radikal sağçı Tobias R. isə evində ölü tapılıb.












































