“Vətəndaşlarımızı təxliyə edərkən can qardaşlarımızı orada qoya bilməzdik”.
Bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu özünün “Twitter”dəki səhifəsində yazıb.
O, qeyd edib ki, Azərbaycan da oxşar vəziyyətdə eyni addımı atardı.
“Azərbaycan da olsa eynisini edərdi. Can Azərbaycana canımız fəda”, – deyə Çavuşoğlu əlavə edib.
Qeyd edək ki, Azərbaycan vətəndaşları Türkiyəyə məxsus təyyarə ilə bu ölkənin vətəndaşları ilə birlikdə Çinin Uhan şəhərindən təxliyə edilib.













































