TÜRKSOY və TDƏŞ nümayəndələri Füzuliyə səfər edib – FOTO

TÜRKSOY və TDƏŞ nümayəndələri Füzuliyə səfər edib – FOTO

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY), Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ), Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun nümayəndə heyəti işğaldan azad olunan Ağdam rayonundan sonra Füzuli rayonuna səfər edib.

Birmillet.az saytı APA-nın Qarabağ bürosuna istinadən xəbər verir ki, əvvəlcə Şuşa yolunun tikinti işləri ilə tanış olan nümayəndə heyəti, daha sonra Füzuli şəhərinə gedərək ermənilərin 28 il talan edib, viran qoyduğu  şəhərinin qalıqları ilə tanış olublar. 

Vaxtilə şəhər mərkəzində yerləşən məscidin dağıntılarına  baxıblar. 

TÜRKSOY və TDƏŞ nümayəndələri Füzuliyə səfər edib - FOTO