Serbiya Ukraynanın bərpasına kömək etməyə hazır olduğunu bildirib

Serbiya Ukraynanın bərpasına kömək etməyə hazır olduğunu bildirib

Serbiya Ukraynanın bərpası və sülh danışıqlarında fəal rol almağa hazırdır

Serbiya iki regionun bərpası çərçivəsində rəsmi Kiyevi dəstəkləməyə və Rusiya-Ukrayna münaqişəsinin həllinə töhfə verəcək istənilən ictimai, özəl və qeyri-rəsmi danışıqlara ev sahibliyi etməyə hazırdır. Bu barədə “Report” Serbiyanın xarici işlər naziri Marko Curiçin Ukraynanın bərpasına dair Romada keçirilən konfransda çıxışına istinadən məlumat yayıb.

Marko Curiç bildirib ki, Serbiya sülhə sarsılmaz dəstəyi ilə münaqişənin həllinə yönəlmiş hər cür danışıqlar üçün platforma rolunu oynamağa hazırdır. Bu danışıqlar ictimai, özəl və qeyri-rəsmi xarakter daşıya bilər.

Nazirin sözlərinə görə, Serbiya Ukraynanın zərər çəkmiş iki konkret regionunun bərpası üzrə danışıqlara aktiv qatılır və mülki şəxslərə yardım məqsədilə bütün təşəbbüslərdə iştirak etməyə hazırdır.