Ermənistanda müxalif hərəkat rəhbəri iki ay müddətinə həbs edilib

Ermənistanda müxalif hərəkat rəhbəri iki ay müddətinə həbs edilib

Ermənistanda “Kamk” lideri Vaaqn Çaxalyan iki ay müddətinə həbs edildi

Ermənistanda “Kamk” təşəbbüsünün rəhbəri Vaaqn Çaxalyan “Müqəddəs mübarizə” işi çərçivəsində iki ay müddətinə həbs olunub. O, terror aktı hazırlamaqda və hakimiyyəti qəsb etməkdə ittiham olunur.

Ermənistanda “Kamk” təşəbbüsünün rəhbəri Vaaqn Çaxalyan həbs olundu

Ermənistanın tanınmış siyasi fəallarından biri, “Kamk” təşəbbüsünün lideri Vaaqn Çaxalyan, Ermənistan məhkəməsinin qərarı ilə iki ay müddətinə azadlıqdan məhrum edilib. Bu barədə məlumatı onun oğlu Ruben Çaxalyan sosial şəbəkələr vasitəsilə paylaşıb.

Məlumata görə, həbs qərarı hakim Nelli Bağdasaryan tərəfindən verilib və Vaaqn Çaxalyan “Nubaraşen” cəzaçəkmə müəssisəsinə köçürülüb.

Onun adı son günlər Ermənistanda səs-küyə səbəb olan “Müqəddəs mübarizə” hərəkatı ilə bağlı istintaq işində keçir. Bu iş çərçivəsində iyunun 26-da terror aktı hazırlama və hakimiyyəti qəsb etmə ittihamları ilə ümumilikdə 16 nəfər həbs olunub.

Xatırladaq ki, bu işlə əlaqəli olaraq arxiyepiskop Baqrat Qalstanyan da daxil olmaqla, bir sıra şəxslər iyunun 25-də aparılan axtarış və əməliyyat tədbirlərindən sonra saxlanılıb və barələrində həbs qətimkan tədbiri seçilib.

Bu hadisələr Ermənistanda ictimai-siyasi gərginliyin artmasıoppozisiya dairələrinə təzyiqlərin gücləndirilməsi kimi qiymətləndirilir.