Azərbaycanın vaxtilə Ermənistanın işğal etdiyi ərazilərində qanunsuz məskunlaşma aparılması məhkəmədə sübut olunub

Azərbaycanın vaxtilə Ermənistanın işğal etdiyi ərazilərində qanunsuz məskunlaşma aparılması məhkəmədə sübut olunub

Bakı Hərbi Məhkəməsində Bako Sahakyan qanunsuz məskunlaşmanı etiraf etdi – Suriya və Livan vətəndaşları Qarabağa yerləşdirilib

İşğal olunmuş ərazilərdə qanunsuz məskunlaşma faktı Bakı Hərbi Məhkəməsində təsdiqləndi

İyunun 21-də Bakı Hərbi Məhkəməsində davam edən məhkəmə prosesində Azərbaycanın vaxtilə Ermənistan tərəfindən işğal olunmuş ərazilərində qanunsuz məskunlaşma halları sübut olunub. Məhkəmədə ifadə verən qondarma rejimin sabiq “rəhbəri” Bako Sahakyan bu faktı təsdiqləyib.

Prokurorun suallarını cavablandıran Sahakyan bildirib ki, işğal dövründə əsasən Suriya və Livan vətəndaşları, həmçinin digər ölkələrdən gətirilən şəxslər bu ərazilərə yerləşdirilib. O qeyd edib ki, bu işlər qondarma rejimin “sosial müdafiə nazirliyi” tərəfindən həyata keçirilib.

“Bu layihə bizim üçün strateji əhəmiyyət daşıyırdı. Çünki birinci Qarabağ müharibəsindən sonra əhalinin sayı kəskin şəkildə azalmışdı”, – deyə Sahakyan bildirib. Lakin o, bu layihənin uğurla başa çatmadığını da etiraf edib.

Məhkəmə prosesi çərçivəsində Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, təcavüzkar müharibənin aparılması, soyqırımı, qanunsuz silahlı qruplaşmaların dəstəklənməsi və digər ağır cinayət əməlləri ilə bağlı məsuliyyət məsələləri araşdırılır.