USACC: Azərbaycan Cənubi Qafqaz ölkələri arasında ABŞ-nin maliyyə bazarlarının ən böyük investorudur

USACC: Azərbaycan Cənubi Qafqaz ölkələri arasında ABŞ-nin maliyyə bazarlarının ən böyük investorudur

Azərbaycan Cənubi Qafqaz ölkələri arasında ABŞ-nin maliyyə bazarlarının ən böyük investorudur.

Natiq Baxışov qeyd edib ki, “Bank uyğunluğunun və maliyyə bütövlüyünün gücləndirilməsi: tənzimləmə sahəsində Azərbaycan-ABŞ təcrübə mübadiləsi missiyası” çərçivəsində aparıcı Azərbaycan banklarının komplayns xidmətləri ABŞ-ın əsas maliyyə tənzimləyici qurumları ilə bir araya gəlib.

Missiyanın əsas məqsədləri:

  • İkitərəfli maliyyə dialoqunun genişləndirilməsi

  • Bank təcrübələrinin təkmilləşdirilməsi

  • Uzunmüddətli strateji əməkdaşlığın qurulması

Görüşlər keçirilən qurumlar:

  • ABŞ Maliyyə Nazirliyinin OFAC və FinCEN qurumları

  • ABŞ Dövlət Departamenti

  • Nyu-York Federal Ehtiyat Bankı

  • Amerika Banklar Assosiasiyası

  • “Citibank”, “BNY Mellon”, “Moody’s”, “Dentons”

  • ACAMS (Çirkli Pulların Yuyulmasına Qarşı Mübarizə üzrə Sertifikatlaşdırılmış Ekspertlər Assosiasiyası)

N.Baxışov qeyd edib:

“Azərbaycan banklarının beynəlxalq uyğunluq standartlarına sadiqliyi və ABŞ maliyyə bazarları ilə artan əlaqələri ölkələrimiz arasında iqtisadi tərəfdaşlığın möhkəmlənməsinə xidmət edir.”

PASHA Bank-ın komplayns direktoru və ABA-nın Komplayns üzrə İşçi Qrupunun sədri Anar Kərimov əlavə edib ki, bu tip proqramlar bank sektoruna inamı artırır, bilik və bacarıqların paylaşılmasına şərait yaradır.

Missiyada Azərbaycanın 11 aparıcı bankı iştirak edib.

Xatırladaq ki, ötən il keçirilən ilk missiyada da Azərbaycan Mərkəzi Bankının rəhbərliyi altında ABŞ Beynəlxalq Maliyyə Korporasiyası (DFC), Exim Bank, ABŞ Ticarət Nazirliyi və “The Bank of New York Mellon” ilə əməkdaşlıq müzakirə olunub.