Azərbaycan Ordusu Xəznəvar istiqamətində atəş açmayıb – Müdafiə Nazirliyi dezinformasiyanı təkzib etdi.
Azərbaycan Ordusu Xəznəvar yaşayış məntəqəsi istiqamətində atəş açmayıb.
Nazirliyin yaydığı açıqlamada qeyd olunub ki, 2025-ci il mayın 29-da gecə saat 01:00-dan 01:15-dək Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Xəznəvar istiqamətində atəş açılması və yaşayış binasının zərər görməsi barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat tamamilə əsassızdır və növbəti dezinformasiyadır.
Rəsmi açıqlamada vurğulanıb:
“Qarşı tərəf bu cür məqsədyönlü dezinformasiya və yalan məlumatlar yaymaqla beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırmağa və növbəti təxribatlarına zəmin yaratmağa cəhd edir. Bildiririk ki, Azərbaycan Ordusunun bölmələri heç vaxt mülki əhaliyə və mülki obyektlərə atəş açmır.”












































