Prezident İlham Əliyev: “Azərbaycan korrupsiyaya qarşı mübarizəni milli və beynəlxalq prioritet kimi qəbul edir”
Azərbaycan Prezidenti İlham Əliyev korrupsiyaya qarşı mübarizədə ölkənin mövqeyini bəyan edib
Azərbaycan korrupsiyaya qarşı mübarizəni həm milli, həm də beynəlxalq səviyyədə prioritet məsələ kimi qəbul edir. Bu fikirlər Prezident İlham Əliyevin Bakıda keçirilən BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsinin (GlobE Network) altıncı plenar iclasının iştirakçılarına ünvanladığı müraciətdə yer alıb.
Korrupsiyaya qarşı institusional əsaslar və hüquqi baza
Dövlət başçısı qeyd edib ki, Azərbaycanda bu istiqamətdə qanunvericilik və institusional baza əsasən Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiya və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi vasitəsilə formalaşıb.
Şəffaflıq və hesabatlılıq üçün rəqəmsal transformasiya
Prezident İlham Əliyev vurğulayıb ki, bu qurumlar rəqəmsal transformasiya, açıq hökumət prinsipləri və beynəlxalq əməkdaşlıq vasitəsilə şəffaflığın və hesabatlılığın artırılmasında mühüm rol oynayır:
“Bu mexanizmlər korrupsiyaya qarşı davamlı və effektiv mübarizə üçün əsas sütunlara çevrilib”.












































