BMT-nin Baş katibi: Dünya Hindistan və Pakistan arasında hərbi qarşıdurmaya tab gətirə bilməz

BMT-nin Baş katibi: Dünya Hindistan və Pakistan arasında hərbi qarşıdurmaya tab gətirə bilməz

BMT Baş katibi Hindistan və Pakistana çağırış etdi: “Dünya hərbi qarşıdurmaya tab gətirə bilməz”

BMT-nin Baş katibi Antonio Quterreş, Hindistan və Pakistanı maksimum təmkinli olmağa çağırıb. O bildirib ki, dünya iki nüvə silahlı ölkə arasında mümkün hərbi qarşıdurmanın nəticələrinə tab gətirə bilməz.

Bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik tərəfindən yayılan bəyanatda deyilir.

“Baş katib Hindistanın sərhəd boyunca apardığı hərbi əməliyyatlardan son dərəcə narahatdır. O, Hindistan və Pakistan rəhbərliyini maksimum hərbi təmkin nümayiş etdirməyə çağırır”, – bəyanatda qeyd olunub.

Məlumata görə, Hindistan Pakistanın üç şəhərinə raket zərbələri endirib. Bu hücumlar nəticəsində biri uşaq olmaqla azı iki nəfər ölüb, 12 mülki şəxs isə yaralanıb. Cavab olaraq, rəsmi İslamabad hava məkanını bağlayıb, qırıcı təyyarələrini havaya qaldırıb.

Hadisə bölgədə gərginliyin artdığını göstərir və Cənubi Asiyada sülh və təhlükəsizlik üçün ciddi təhdid yaradır.