Pakistan Hindistana məxsus beş hərbi təyyarəni vurdu – “Rafale” və “Su-30” qırıcıları məhv edilib
Pakistan Hərbi Hava Qüvvələri, Hindistana məxsus daha bir neçə hərbi təyyarəni vurub. Bu barədə “Geo News” və “SAMAA TV” telekanalları Pakistanın təhlükəsizlik xidmətlərindəki mənbələrə istinadən məlumat yayıblar.
Mənbələrin məlumatına görə, Pakistan qüvvələri Fransa istehsalı olan iki “Rafale”, Rusiya istehsalı olan bir “Su-30” da daxil olmaqla, ümumilikdə beş Hindistan qırıcısını məhv edib.
Təyyarələrdən biri hava-hava tipli raketlə vurulub. Hadisəni Pakistanın müdafiə naziri Xavaca Asif də rəsmi olaraq təsdiqləyib.
Hadisə, Hindistanın Pakistanın üç şəhərinə raket zərbələri endirməsindən sonra baş verib. Bu hücumlara cavab olaraq İslamabad hava məkanını bağlayıb və qırıcı təyyarələrini səmaya qaldırıb.
Bu insident, Cənubi Asiyada gərginliyi artırmaq riski daşıyır və regional təhlükəsizlik məsələlərində ciddi narahatlıqlar doğurur.












































