Tramp ABŞ seçiciləri üçün yeni öhdəlik tətbiq edib

Tramp ABŞ seçiciləri üçün yeni öhdəlik tətbiq edib

Donald Tramp Qanunsuz Miqrantların Seçkilərdə İştirakını Qadağan Edən Fərman İmzalandı

ABŞ Prezidenti Donald Tramp qanunsuz miqrantların və pasportu olmayan şəxslərin seçkilərdə iştirakını qadağan edən fərman imzalayıb. Ağ Evin rəsmi saytında yayımlanan fərmana əsasən, seçicilər ABŞ vətəndaşlığına malik olduqlarını sənədlərlə sübut etməlidirlər.

Sənəd, həmçinin poçt vasitəsilə seçici qeydiyyatı zamanı ABŞ vətəndaşlığını təsdiq edən sənədlərin tələb edilməsini nəzərdə tutur. Seçicilər pasport, hərbi bilet və ya federal səviyyəli şəxsiyyət vəsiqəsi təqdim etməlidirlər.

Fərmana görə, bu tələblərə əməl etməyən ştatlar federal maliyyələşdirmədən məhrum ediləcək. Bundan əlavə, seçki komissiyalarına seçki günündən sonra poçtla alınan bülletenləri saymaq qadağan ediləcək.