Türkmən xalqının ümummilli lideri, Türkmənistan Xalq Maslahatının sədri Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevi Beynəlxalq Novruz bayramı münasibətilə təbrik edib.
Qurbanqulu Berdiməhəmmədovun təbrik məktubunda Novruz bayramının bəşəriyyətin ən qədim mədəni irslərindən biri olduğu vurğulanıb. Türkmənistan lideri bayramın yalnız təbiətin oyanışını deyil, həm də qarşılıqlı hörmət, dinc yanaşı yaşamaq, qarşılıqlı anlaşma və zəhmətkeşliyin rəmzi olduğunu bildirib.
Qurbanqulu Berdiməhəmmədov təbrikində Azərbaycan xalqına sülh, sevinc və yeni başlanğıclar arzulayıb.












































