İsrail hökuməti Ben-Qvirin milli təhlükəsizlik naziri vəzifəsinə təyinatını təsdiqləyib

İsrail hökuməti Ben-Qvirin milli təhlükəsizlik naziri vəzifəsinə təyinatını təsdiqləyib

İsrail hökuməti Baş nazir Benyamin Netanyahunun ultrasağ “Otsma yehudit” (“Yəhudi gücü”) partiyasının lideri İtamar Ben-Qvirin milli təhlükəsizlik naziri vəzifəsinə təyin edilməsi təklifini təsdiqləyib. Bu barədə Baş nazirin dəftərxanası məlumat yayıb.

Məlumata görə, hökumət yekdilliklə Ben-Qvirin milli təhlükəsizlik naziri vəzifəsinə yenidən təyin edilməsini təsdiqləyib. Bundan əlavə, “Otsma yehudit” partiyasından olan deputat Amihay Eliyahu Qüds işləri və İsrail irsi naziri vəzifəsinə, Knesset deputatı İtshak Vasserlaf isə Negev, Qalileyanın inkişafı və milli dayanıqlılıq naziri vəzifəsinə geri qaytarılıb.

Yanvarın sonunda Ben-Qvir parlament koalisiyasından çıxdığını elan edib və Qəzza zolağında atəşkəs razılaşmasına etiraz edərək hökuməti tərk edib. “Otsma yehudit” partiyasından olan nazirlərin hökumətə qayıtması, İsrail ordusunun martın 18-də Fələstin anklavı ərazisinə zərbələri bərpa etməsindən sonra baş verib.