Gürcüstanın AŞPA Nümayəndə Heyətinin Səlahiyyətlərinin Məhdudlaşdırılması Təklif Edildi
Gürcüstanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması təklif edilib.
AŞPA-nın 2025-ci ilin qış sessiyası zamanı 30-dan çox ölkənin dəstəyi ilə Gürcüstanın nümayəndə heyətinin səlahiyyətlərinə yenidən baxılması təklifi aidiyyəti komissiyaya göndərilib. Komissiya bu məsələni 24 saat ərzində qiymətləndirəcək.
Əgər komissiyanın qərarı müsbət olarsa, Gürcüstan nümayəndə heyəti AŞPA-nın sessiyalarında iştirak etməyə davam edəcək, lakin səsvermə hüququnu itirəcək. Bu dəyişiklik, ölkənin AŞPA-dakı mövqeyinə təsir göstərə bilər.












































