“Çin 600-dən çox nüvə başlığına malikdir və 2030-cu ilə qədər bu rəqəm minə çatacaq.
Pentaqonun illik hesabatında bildirilir. Müdafiə Nazirliyinin qiymətləndirmələrinə görə, 2024-cü ilin ortalarına Çin 600-dən çox aktiv nüvə başlığına sahib idi. Pentaqon, 2030-cu ilə qədər Çinin 1000-dən çox aktiv nüvə başlığına sahib olacağını və ən azı 2035-ci ilə qədər öz qüvvələrini artırmağa davam edəcəyini proqnozlaşdırır. Hesabatda həmçinin qeyd olunur ki, Çin yeni qitələrarası ballistik raketlər hazırlayır.”












































