Ərdoğan: “Ermənistan soydaşıma qarşı savaşırsa, biz dəstək verməyəcəkdikmi?”

Ərdoğan: “Ermənistan soydaşıma qarşı savaşırsa, biz dəstək verməyəcəkdikmi?”

“Pilotlu, pilotsuz təyyarələrimiz bütün dünyada təqdir olunur. Ən son 44 günlük Qarabağ savaşında bu təyyarələrimizin böyük xidməti olub”. 

Birmillet.az saytı APA-nın yerli bürosuna istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin 5-ci istehsalı olan “İstanbul” savaş gəmisinin dənizdə ilk səyahətə açılış mərasimində danışarkən deyib.

Prezident bildirib ki, bu təyyarələrin istehsalı üçün Kanadadan aldıqları kameraların artıq verilməməsi də Türkiyəni yerli kamera istehsalına yönəldib: “Pis qonşular bizi ev sahibi etdi. Guya Türkiyə ilə NATO-da müttəfiqik, bu kameraları bizə satmadılar ki, niyə bu silahlarınız Ermənistana qarşı vuruşur. Amma Ermənistan bizim dostumuza, mənim soydaşlarıma qarşı savaşır, biz dəstək verməyəcəkdikmi?”.