Osmanlı şahzadəsi vəfat etdi

Osmanlı şahzadəsi vəfat etdi

Osmanlı Xanədan rəisi Şahzadə Dündar Əbdülkərim Osmanoğlu vəfat edib.

Birmillet.az saytı Milli.Az-a istinadən xəbər verir ki, şahzadə Şam şəhərində müalicə aldığı xəstəxanada 88 yaşında dünyasını dəyişib.

Onun ölümü ilə bağlı Şahzadə Əbdülhəmid Qayıxan Osmanoğlu məlumat yayıb:

“Əmim Dündar əfəndinin ciddi sağlamlıq problemləri vardı. Suriyada- Şamda müharibənin ortasında qalmışdı. Türkiyəyə gətirmək üçün ciddi mübarizə apardıq, ancaq təəssüf ki, buna müvəffəq ola bilmədik. Buna görə çox kədərliyik. Millətimizin başı sağ olsun”.