Türkiyədə COVID-19-dan ölənlərin sayı son sutkada 100-ü keçib

Türkiyədə COVID-19-dan ölənlərin sayı son sutkada 100-ü keçib

Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 103 nəfər ölüb.

Birmillet.az bildirir ki, APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca  son koronavirus statistikasını açıqlayarkən belə bildirib.

Nazir açıqlamasında qeyd edib ki, son 24 saatda 156 692 şübhəli koronavirus testindən keçib, onlardan 3819-nun cavabı pozitiv çıxıb, 2688 xəstə isə sağalaraq evə buraxılıb. Ağır xəstə sayı  3657 nəfər olub.

Türkiyədə indiyədək 421 413 nəfəri yeni növ koronavirus infeksiyasına yoluxub, 11 704 nəfər ölüb.

Qeyd edək ki, Türkiyədə COVID-19-a infeksiyasına yoluxma sayında artım olduğuna görə, həftə sonları şəhərə çıxma məhdudiyyəti tətbiq ediləcək.