Bu gecə Türkiyədən Bakıya 230 sərnişin gətirildi

Bu gecə Türkiyədən Bakıya 230 sərnişin gətirildi

Azərbaycanın Milli aviadaşıyıcısı martın 18-nə keçən gecə vətəndaşlarımızın Türkiyədən ölkəyə qaytarılması üçün növbəti çarter reysi yerinə yetirib.

Birmillet.az xəbər verir ki, AZAL-dan “Qafqazinfo”ya daxil olan məlumata görə, aviaşirkət İstanbul-Bakı reysi ilə 230 nəfər sərnişini vətənə gətirib.

Xatırladaq ki, daha əvvəl Türkiyədən dörd çarter reysi ilə 868 nəfər Azərbaycan vətəndaşı gətirilib.

Azərbaycanın Milli aviadaşıyıcısı həmyerlilərimizin vətənə qaytarılması üçün çarter reyslərini yerinə yetirməyə davam edəcək.