Azərbaycanlı iş adamı Mübariz Mənsimov ilə birlikdə onun meneceri Nuray Nurcihan Perker də saxlanılıb.
Birmillet.az “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğunun Terrorizm və Mütəşəkkil Cinayətkarlıq Araşdırma şöbəsi və Maliyyə Cinayətləri Şöbə Müdirliyinin şikayətlər əsasında apardığı istintaq çərçivəsində “Palmali” şirkətlər qrupunun meneceri də saxlanılıb.
O, Türkiyə Cinayət Məcəlləsinin 314/2 maddəsi (“silahlı terror təşkilatına üzv olmaq”) üzrə ittiham olunur.
Qeyd edək ki, martın 15-də saxlanılan Mübariz Mənsimova aid məkanlarda axtarışlar davam edir.












































