Xocalı soyqırımı
Türkiyənin Ankara, Kırıkkale, Bursa və Kastamonu şəhərlərinin mərkəzlərində yerləşən elektron reklam lövhələrində Xocalı soyqırımının dəhşətləri əks olunan videoçarxlar nümayiş etdirilir.
Birmillet.az “APA“ya istinadən xəbər verir ki, bu layihə Azərbaycanın Türkiyədəki səfirliyinin təşkilatçılığı və Böyükşəhər bələdiyyələrinin icrası ilə həyata keçirilir.
Nümayişi fevralın sonunadək davam etdiriləcək videoçarxlar bu şəhərlərin 50-dən çox reklam lövhələrində görünür.
Xocalı soyqırımı












































